Növbəti köç karvanı Şuşakəndə çatıb – YENİLƏNİB

Baş səhifə
Növbəti köç karvanı Şuşakəndə çatıb – YENİLƏNİB

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Şuşakənd kəndinə çatıb.

“Report”un Xocalıya ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 15 ailə (54 nəfər) köçürülüb.

Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə Şuşakənd kəndinə 15 ailə (54 nəfər) köçürülür.

Kəndə köç edənlər ölkənin müxtəlif yerlərində, əsas ən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bununla Şuşakənd kəndinə köçürülən ailələrin sayı 76-ya (284 nəfər) çatacaq.