
Bakı.Trend:
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin
yanvar-oktyabr ayları ərzində özəlləşdirmə və icarədən dövlət
büdcəsinə 157,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
Trend xəbər
verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat
yayıb.
Bildirilib ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə
verilməsi sahəsində işlər davam edir. İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin
yanvar-oktyabr ayları ərzində 46 hərrac keçirilib. Hərraclarda 7
səhmdar cəmiyyətinin səhm paketi, 4 kiçik dövlət müəssisəsi, 1
yarımçıq tikili sahəsi, 929 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-oktyabr ayları ərzində özəlləşdirmədən dövlət
büdcəsinə daxilolmalar 118,8 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin
yanvar-oktyabr ayları ərzində 562-si qeyri-yaşayış, 3.610-u torpaq
sahələri üzrə olmaqla 4.172 yeni icarə müqaviləsi bağlanılıb.
Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və
torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 38,6 milyon manat
vəsaitin ödənilməsi təmin olunub.
Beləliklə, 2025-ci ilin yanvar-oktyabr ayları ərzində dövlət
əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə
157,4 milyon manat vəsait daxil olub.


