
Bakı. Trend:
Orta Dəhliz üzrə əlaqəliliyin yaxşılaşdırılması özəl sektor üçün
yeni imkanlar açır.
Trend “PMCG”
beynəlxalq konsaltinq şirkətinə istinadən xəbər verir ki, bunu “CAREC” şirkətinin baş müşaviri Devid Siklauri Bişkekdə keçirilən “CAREC” biznes forumunda çıxışı zamanı deyib.
Məlumatda qeyd olunur ki, o, Mərkəzi Asiyada elektron ticarətin
sürətlə inkişafını və Orta Dəhliz boyunca əlaqəliliyin
yaxşılaşdırılması sayəsində şirkətlərin ortaya çıxara biləcəyi
potensialı vurğulayıb.
“”PMCG”nin forumda iştirakı, müxtəlif ticarət sistemlərinin
islahatının təşviqi, tənzimləyici mühitin yaxşılaşdırılması və Orta
Dəhliz də daxil olmaqla regional dəhlizlərin optimallaşdırılmasında
hökumətlərin dəstəklənməsi sahəsində onun liderliyini təsdiqlədi. “PMCG” həmçinin özəl sektorla fəal işləyir, rəqabət qabiliyyətinin
artırılmasına, “dar boğazların” müəyyənləşdirilməsinə, beynəlxalq
standartlara uyğunluğun təmin edilməsinə və logistika ilə təchizat
zəncirlərinin təkmilləşdirilməsinə kömək edir. Orta Dəhlizin
Avrasiya ticarətindəki rolu artdıqca, “PMCG” hökumətləri və biznesi
yeni imkanlar yaratmaq və Mərkəzi Asiyada dayanıqlı iqtisadi
inkişafın təşviqini dəstəkləməyə yönəlmiş fəaliyyətini davam
etdirir”, – məlumatda bildirilib.


