İsrail daha 15 fələstinlinin meyitini Qəzzaya təhvil verib

Baş səhifə

Bakı. Trend:

İsrail hökuməti Yaxın Şərq atəşkəs razılaşması çərçivəsində
Qəzzanın Səhiyyə Nazirliyinə daha 15 fələstinlinin nəşini təhvil
verib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, meyitlər artıq anklavın cənubunda yerləşən Nasir
xəstəxanasına (Xan-Yunus rayonu) çatdırılıb və orada tezliklə
şəxsiyyətin müəyyən edilməsi prosesinə başlanılacaq.

Beləliklə, atəşkəs sazişi çərçivəsində Qəzzaya təhvil verilən
fələstinli meyitlərin sayı 285-ə çatıb.