Bakı. Trend:
Şimali Koreya xarici işlər nazirinin müavini Pak Men Ho Koreya
yarımadasının nüvəsizləşdirilməsini Cənubi Koreya üçün xəyal
adlandırıb.
Trend-in
məlumatına görə, bu barədə diplomatın açıqlamasında bildirilib.
“Biz səbirlə göstərəcəyik ki, (Cənubi Koreya – red.)
nüvəsizləşdirmədən nə qədər, hətta yüz və ya min dəfə danışsa da,
bu, mümkün olmayan bir xəyaldır”, – deyə nazir müavini qeyd
edib.
Onun sözlərinə görə, Cənubi Koreya hələ də KXDR-in nüvə
statusunun inkar edilməsinin və yarımadanın nüvəsizləşdirilməsi
istəyi ilə bağlı davamlı açıqlamaların Seulun “axmaqlığını”
göstərdiyini başa düşmür.

