Əhliman Əmiraslanov: İcbari tibbi sığorta ilə qarşılanmayan hansısa xəstəlik qalmayacaq

Baş səhifə
Əhliman Əmiraslanov: İcbari tibbi sığorta ilə qarşılanmayan hansısa xəstəlik qalmayacaq

Əhliman Əmiraslanov

Azərbaycanda elə bir dövr gələcək ki, icbari tibbi sığorta ilə qarşılanmayan hansısa xəstəlik qalmayacaq.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex”in rəsmi açılış mərasimində deyib.

Onun sözlərinə görə, COVİD-19 pandemiyası icbari tibbi sığortaya keçidi müəyyən qədər çətinləşdirdi, lakin hazırda sistem geniş ərazini əhatə edir.