Azərbaycanın fiqurlu konkisürəni “Cup of China” Qran-prisində iştirak edib

Baş səhifə
Azərbaycanın fiqurlu konkisürəni Cup of China Qran-prisində iştirak edib

Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Çinin Çongqing şəhərində keçirilən “Cup of China” Qran-prisində iştirak edib.

Bu barədə “Report”a Azərbaycan Qış İdmanı Növləri Federasiyasının mətbuat xidmətindən bildirilib.

V.Litvintsev qısa və sərbəst proqram üzrə yarışlarda 12 idmançı arasında 6-cı yerə sahib olub. O, 222.64 xal toplayıb.