Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mühüm potensiala malikdirlər – Politoloq

Baş səhifə

Astana. Trend:

Azərbaycan və Qazaxıstan iqtisadi əməkdaşlığın inkişafı üçün
mühüm potensiala malikdirlər.

Trend-in xüsusi
müxbiri xəbər verri ki, bunu Prezident İlham Əliyevin səfəri
ərəfəsində Astanada jurnalistlərə verdiyi açıqlamada politoloq Aman
Mambetali deyib.

Onun sözlərinə görə, son illər ikitərəfli əməkdaşlıqda
yüksəlişin müşahidə olunmasına baxmayaraq, cari göstəricilər
ölkələrin böyüklüyünü və gələcəkdə daha da inkişaf etməsi üçün
nəhəng potensiala malik olduqlarını nəzərə alsaq nisbi-orta
səviyyədədir.

Mambetali qeyd edib ki, Qazaxıstanla Azərbaycanı çoxəsrlik tarix
və ortaq türk irsi birləşdirir. Ölkələr tarixi əlaqələri fəal
şəkildə bərpa edir və inkişaf etdirirlər.

“Bu gün münasibətlərimiz çoxşaxəlidir – logistika, mədəniyyət,
humanitar sahə, təhsil, iqtisadiyyat və digər istiqamətləri əhatə
edir”, -deyə ekspert bildirib.




Mambetalinin sözlərinə görə, Qazaxıstan və Azərbaycanın
rəhbərlərinin siyasi iradəsi hər iki ölkədə ictimai rəy ilə
üst-üstə düşür ki, bu da tərəfdaşlığın daha da inkişafı üçün
əlverişli şərait yaradır. O, xüsusilə “Türk kəməri” adlı iqtisadi
və nəqliyyat dəhlizi təşəbbüsünə diqqət çəkib. Ekspertin fikrincə,
bu layihə regionda inteqrasiya və təhlükəsizliyin mühüm amilinə
çevriləcək.

“Qazaxıstan üçün Azərbaycan Qafqaz regionuna yol açır,
Azərbaycan üçün isə Qazaxıstan Mərkəzi Asiyaya aparan mühüm
logistika mərkəzi və ‘qapı’dır”, – deyə o əlavə edib.

Ekspert həmçinin Vaşinqtonda imzalanmış Zəngəzur dəhlizi üzrə
saziş kimi logistika dəhlizlərinin əhəmiyyətini vurğulayıb. Onun
sözlərinə görə, bu, ölkələr arasında təhlükəsiz və səmərəli
nəqliyyat əlaqəsini təmin edəcək.

Politoloq xatırladıb ki, Qazaxıstan işğal dövründə Azərbaycanın
suverenliyini daim dəstəkləyib. Hər iki ölkə həmçinin təhlükəsizlik
sahəsində əməkdaşlığın inkişafı barədə ümumi baxışa malikdir.