Bakı. Trend:
Şəmkir sakini bədbəxt hadisə nəticəsində həyatını itirib.
Trend xəbər
verir ki, rayon sakini İsa Qasımov oktyabrın 19-da yaşadığı evdə
vəfat edib.
Belə ki, evinin həyətində yerləşən çardağın altında atasına
məxsus avtomobilin ön sol təkərini dəyişən zaman qaldırıcının qəfil
sürüşməsi nəticəsində İ.Qasımovun başı avtomobilin altında
qalıb.
Rayon sakini aldığı xəsarətdən hadisə yerində dünyasını
dəyişib.
Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma davam
etdirilir

