
Bakı. Trend:
“AzInTelecom” MMC Qazaxıstanın paytaxtı Astanada keçirilən
“Digital Bridge 2025” forumunda iştirak edib.
3 gün davam edən forum ərazisində “AzInTelecom”a məxsus
interaktiv stend qurulub, stenddə forum iştirakçılarına şirkətin
rəqəmsal məhsul və xidmətləri barəsində ətraflı məlumat
verilib.
“AzInTelecom”un Kommersiya departamentinin direktoru Fərrux
Fərəcullayev panel diskussiyalarda çıxış edərək, süni intellektin
bizneslərə təsirindən danışıb, şirkətin təqdim etdiyi xidmətlərin
ölkənin rəqəmsal transformasiyasına verdiyi töhfələrdən söz açıb. O
vurğulayıb ki, “bulud” və biometrik texnologiyada süni intellekt
modellərinin tətbiqi hər iki sahənin innovasiyasına, bizneslərin və
dövlət xidmətlərinin çevikliyinin artırılmasına şərait
yaradacaq.
Tədbir zamanı AzInTelecom-un nümayəndə heyəti bir sıra
beynəlxalq şirkətlərin nümayəndələri ilə görüşərək əməkdaşlıq
perspektivlərini müzakirə ediblər. Həmçinin Microsoft, VK Tech,
Türkiyə Xidmət İxracatçıları Birliyinin rəhbər şəxsləri ilə
görüşlər keçirilərək rəqəmsallaşma sahəsində fikir mübadiləsi
aparılıb. Ümumilikdə forum Beynəlxalq Süni İntellekt Mərkəzinin
açılışı, startap yarışmaları, panel müzakirələr, texnosərgilər,
mükafatlandırma mərasimi və tematik müzakirələrlə yadda qalıb.
Qeyd edək ki, “AzInTelecom”un bu forumdakı iştirakı Azərbaycanın
texnologiya sektorunun regional miqyasda tanıdılması və yeni
tərəfdaşlıqların qurulmasına xidmət edir.
“AzInTelecom” haqqında
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC rəqəmsal
dünyada keyfiyyətə üstünlük verənlərə təhlükəsiz, etibarlı və rahat
adaptasiya edilən xidmətlər təqdim edir. Şirkətin xidmətləri
arasında güclü və təhlükəsiz “bulud” həlləri, yeni nəsil rəqəmsal
imza və identifikasiya xidmətləri, biznesin idarə edilməsində
effektivlik təmin edən rəqəmsal platformalar və kibertəhlükəsizlik
həlləri xüsusi yer tutur. Bu xidmətlər vasitəsilə “AzInTelecom”
müştərilərinə rəqəmsal transformasiya sahəsində ən müasir
texnologiyaları təqdim etməklə iş dünyasında innovasiyalara
liderlik edir.

