
Bakı.Trend:
Gəncədə sürücü 3 piyadanı vurub, onlardan biri həyatını
itirib.
Trend xəbər
verir ki, Xasməmmədov Əziz Mənsur oğlu idarə etdiyi “Haval H3”
markalı avtomobillə Gəncə şəhəri Ə.B.Rəfibəyli küçəsində hərəkətdə
olarkən idarəetməni itirib.
Belə ki, yolun sol tərəfində səki ilə hərəkət edən piyadalar –
Səfərova Qəribə Məcid qızı, Məmmədova İlahə Haqverdi qızı və
Məmmədova Pakizə Mobil qızını vurub.
Hadisə nəticəsində İlahə Məmmədova və Pakizə Məmmədova
xəsarətlər alıb, digər piyada Qəribə Səfərova isə aldığı
xəsarətlərdən ölüb.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və
Təhqiqat İdarəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi
başlanaraq istintaq aparılır.


