Bu gün bu ərazilərdə qaz olmayacaq

Baş səhifə

Bakı. Trend:

Yeni çəkilmiş orta təzyiqli qaz xəttinin mövcud şəbəkəyə
birləşdirilməsi, qaz kəməri üzərində qoruyucu atıcı klapanın
quraşdırılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması
işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək
Maştağa və Əmircan qəsəbələrini qidalandıran qaz xətlərində,
həmçinin “Qanlı göl” ərazisində yerləşən qaz xəttində qaz təchizatı
dayandırılacaq.




“Azəriqaz”dan Trend-ə verilən məlumata görə, qaz təchizatı
dayandırılan müddətdə Suraxanı rayonunun Əmircan qəsəbəsinin bir
hissəsinin, A.Rzayev, M.Mustafayev və S.Bəhlulzadə küçələrinin,
Sabunçu rayonunun Maştağa qəsəbəsinin Şəfai, Xanlar, Zərdabi və
Mehdi Hüseyn küçələrinin, eləcə də Yasamal rayonunun 7-ci Alatava,
Ü.Əkbərov və D.Bünyatzadə küçələrinin qaz təchizatında fasilə
yaranacaq.