Laçın. Trend:
Laçın və Qubadlı yasaqlıqlıqların bazasında təxminən 40 min
hektar ərazidə ikinci yeni milli park yaradılacaq.
Trend-in
yerli müxbiri xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər
nazirinin müavini Vüqar Kərimov Ekoloji məsələlər üzrə İşçi
qrupunun növbəti iclasında deyib.
Nazir müavini əlavə edib ki, “Böyük Qayıdış” proqramına əsasən
2027-2030-cı il üçün dövlət proqramına əsasən tədbirlər planı
hazırlanır.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə əsasən məsələlərdən
biri də təhlükəsiz bərk tullantıların idarə olunması ilə bağlı
görülmüş işlər müzakirə edilir.

