Zelenski: Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir

Baş səhifə

Beynəlxalq hüquq təkbaşına müharibəni seçənlərin qarşısını ala bilməz.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

Biz sülh istəyirik, lakin Rusiya hərbi əməliyyatları dayandırmaqdan imtina edir”, – Zelenski deyib.

O qeyd edib ki, Suriya beynəlxalq ictimaiyyətdən daha çox dəstək almağa layiqdir: “Sanksiyalar ləğv edilməli, iqtisadiyyatının bərpası üçün dəstək verilməlidir.