Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15%-ə yaxın artıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-mart aylarında yeni nəsil nəzarət-kassa
aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 7 milyard 49,5
milyon manat olub.

Trend bu
barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə
istinadən xəbər verir.




Məlumata görə, bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə 14,8 faiz çoxdur.

“İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən
ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi
istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində
112.219 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə
hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz
dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin
edilməsinə imkan yaradıb”, – məlumatda qeyd edilib.