Bakı. Trend:
Fransanın istefa vermiş keçmiş baş naziri Sebastian Lekornu
bildirib ki, yeni baş nazirin təyini yaxın 48 saat ərzində
mümkündür.
Trend xəbər verir
ki, bu barədə o, prezident Emmanuel Makronla baş nazir kimi yekun
danışıqlardan sonra açıqlama verib.
“Mən prezidentə dedim ki, parlamentin buraxılması perspektivi
azdır və mənim fikrimcə, vəziyyət prezidentə yaxın 48 saat ərzində
baş naziri təyin etməyə imkan verir”, – Lekornu qeyd edib.
O həmçinin əlavə edib ki, parlament üzvlərinin əksəriyyəti
parlamentin buraxılmasına qarşıdır.

