Yaxın dörd ildə təhsil xərclərinin 6 milyard manata yaxınşalacağı pronozlaşdırılır

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq
təhsil xərcləri 120 faiz icra edilməklə 2,473 milyard milyon manat
təşkil edib.

Trend bu
barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, 2026-cı ilin dövlət büdcəsinin parametrləri üzrə
büdcə xərclərinin proqram təsnifatının “Təhsil” sektorunda 10
proqramın həyata keçirilməsi üçün 5,016 milyard manat sərf
ediləcək. “Təhsil” sektoru üzrə 2026-cı il üçün proqnozlaşdırılmış
5,016 milyard manatın 4,954 milyard manatı “4.Keyfiyyətli təhsil”
DİM-i iləbirbaşa əlaqəli olub, 62,1milyon manat məbləğ isə müxtəlif
sektorlar üzrə insan kapitalının inkişafı və peşəkar fəaliyyətinin
stimullaşdırılması və digər tədbirlərə aiddir.




Eyni zamanda 2027 və 2028-ci illər üzrə təhsil xərclərinin 5,335
milyard manat, 2029-cu ildə isə 5,713 milyard manat təşkil edəcəyi
proqnozlaşdırılır.

Nəticə etibarilə təhsil xərcləri 2026-cı il üzrə
proqnozlaşdırılan göstərici ilə müqayisədə 2029-cu ildə 13,9%
artacaq.