Bakı. Trend:
Yaponiyanın Okinava və Şimal əraziləri (Kuril adaları) üzrə
naziri Hitoşi Kikavada Kuril adaları ilə bağlı səsləndirdiyi
fikirlərə görə hökumət tərəfindən rəsmi töhmət alıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 8-də baş verib.
Nazir Hokkaydo prefekturasındakı Nemuro şəhərinin Nosappu
burnunu ziyarət edib. Buradan Kuril adaları aydın görünür.
Jurnalistlərin təəssüratlarla bağlı sualını cavablandırarkən
Kikavada bildirib:
“Bura Yaponiyanın ən uc nöqtəsidir. Yaxud bəlkə uc nöqtə demək
bir az kobud səslənir… Bu ərazilər xaricə ən yaxın nöqtədir, buna
görə də onları öz gözlərimlə görmək önəmlidir.”
Bu ifadə Yaponiyada birmənalı qarşılanmayıb. Jurnalistlər
hökumətin baş katibi Minoru Kiharadan bunun “Kuril adalarının
Rusiya ərazisi kimi tanınması” kimi qəbul olunub-olunmadığını
soruşublar. Kihara cavabında qeyd edib ki, nazirin sözləri “səhv
anlaşılmaya səbəb ola biləcək” xarakter daşıyır və ona daha
diqqətli olmağı tapşırıb.
“Nazir Kikavadan işini məsuliyyətlə davam etdirməsini
gözləyirik,” – deyə Kihara bildirib və onun vəzifədən azad
edilməyəcəyini də əlavə edib.

