UN-Habitatın mütəxəssisi: Mənzil məsələləri şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib

Baş səhifə

“Mənzil təminatı ən fundamental hüquq və əsas tələbat olsa da, bu sahədə bir çox problemlərlə üzləşirik”.

APA xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Siyasətdən Təsirə: Miqyaslı Mənzil Çatdırılması” adlı sessiyada UN-Habitatın layihə idarəetmə üzrə mütəxəssisi Haesunq Ahn deyib.

O bildirib ki, dünyada şəhərlər ÜDM-in 70 faizindən çoxunu yaradır:

“Evlərin iş yerlərindən çox uzaqda yerləşməsi, sərfəli mənzil layihələrinin tamamilə əlçatmaz olması və planlaşdırma sisteminin reaksiya verməyə imkan tapmadığı sürətlə böyüyən qeyri-qanuni yaşayış məskənlərinin yaranması əsas problemlərdir. Buna görə də mənzil məsələləri milli və ya şəhər gündəmlərinin ən mühüm mövzularından birinə çevrilib”.

O sonda qeyd edib ki, bir çox ölkələr öz şəhərsalma siyasətlərində davamlılıq, adekvatlıq və maliyyə baxımından əlçatanlıq mövzularına xüsusi diqqət yetirirlər.