UEFA “Fənərbağça”nın futbolçusunu iki oyunluq cəzalandırıb

Baş səhifə

Bakı. Trend:

UEFA Avropa Liqasının V turunda Macarıstanın “Ferensvaroş”
komandası ilə keçirilən oyunda (1:1) qırmızı vərəqə alan
“Fənərbağça”nın futbolçusu Con Duranın cəzası açıqlanıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, UEFA-nın Nəzarət, Etika və İntizam
Komitəsi kolumbiyalı hücumçunu 2 oyunluq diskvalifikasiya edib.




C.Duran Avropa Liqasında Norveçin “Brann” və İngiltərənin “Aston
Villa” komandalarına qarşı təşkil olunacaq matçlarda oynaya
bilməyəcək.