Türkiyə və Ermənistan aviareyslərin sayının artırılması barədə razılığa gəlib – Mirzoyan

Baş səhifə

Bakı. Trend:

Türkiyə və Ermənistan ölkələr arasında aviareyslərin sayının
artırılması barədə razılığa gəlib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, belə bir bəyanatla Ermənistanın XİN
rəhbəri Ararat Mirzoyan İrəvanda keçirilən forumda çıxış edib.

Mirzoyanın sözlərinə görə, reyslərin yerinə yetirilməsi üçün
Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdəki “Şirak” hava
limanından da istifadə olunacaq.

“Bizim Türkiyə ilə çox intensiv dialoqumuz var və biz tədricən
konkret nəticələr əldə edə bilərik”, -deyə Mirzoyan qeyd edib.