Bakı. Trend:
Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu
çərçivəsində səfərdə İspaniyanın qonağı olacaq.
Trend xəbər
verir ki, “ay-ulduzlular” matça ciddi itkilərlə çıxacaq. Bu barədə
yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Kaan Ayhan (“Qalatasaray”, Aral Şimşir (“Midyullan”), Abdulkerim
Bardakcı (“Qalatasaray”) və Kerem Aktürkoğlu (“Fənərbaxça”) zədə
səbəbindən heyətdən kənarlaşdırılıb. Zədəli futbolçular komanda ilə
birlikdə səfərə aparılmayıb. Bundan başqa cəzalı vəziyyətdə olan
İsmail Yüksek də heyətdə yer almır. Dünən isə Hakan Çalhanoğlu zədə
səbəbindən düşərgəni tərk edib.
Qeyd edək ki, İspaniya – Türkiyə qarşılaşması sabah Bakı vaxtı
ilə saat 23:45-də start götürəcək.

