“Türk axını” sayəsində Türkiyə qaz tədarükü ilə bağlı problemlərlə üzləşməyib

Baş səhifə

Bakı. Trend:

“Türk axını” boru kəməri sayəsində Türkiyə Ukraynadakı münaqişə
fonunda Avropa kimi qaz tədarükü ilə bağlı ciddi problemlərlə
üzləşməyib.

Trend xəbər verir
ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda
keçirilən Enerji Səmərəliliyi Forumunda çıxışı zamanı deyib.




“Biz qaz tədarükü mənbələrinin şaxələndirilməsi üzərində
çalışırıq. Tədarükdə yalnız bir mənbənin və tək bir marşrutun
mövcud olması ciddi risklər yaradır. Rusiya və Ukrayna arasındakı
müharibənin ilk aylarında bizim avropalı dostlarımız bu
çətinlikləri hiss etdilər. “Türk axını” sayəsində biz həmin dövrü
ən az itkilərlə keçirən ölkələrdən biri olduq”, – deyə Ərdoğan
bildirib.