
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp iyulun 7–8-də Ankarada keçiriləcək
NATO sammitində alyansa üzv ölkələri müdafiə xərclərini artırmağa
çağıracaq.
Bu barədə “Reuters” agentliyi ABŞ rəsmisinə istinadla məlumat
yayıb.
Mənbənin sözlərinə görə, sammitə iyulun 7-də qatılacaq ABŞ
Prezidenti NATO müttəfiqlərinə müdafiə xərclərinin artırılmasının
vacibliyini bir daha çatdıracaq.
Ağ Ev rəsmisi bildirib ki, Donald Tramp sammit çərçivəsində
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Əhməd
Əl Şaraa ilə görüşəcək. ABŞ Prezidenti, həmçinin sammitin
yekunlarına dair mətbuat konfransı keçirəcək.
Bundan əlavə, sammit zamanı milyardlarla dollar dəyərində hərbi
müqavilələrin elan ediləcəyi gözlənilir. Lakin bununla bağlı əlavə
təfərrüatlar açıqlanmayıb.

