“Tramp marşrutu”nun 49 və ya 99 illik icarə ssenariləri müzakirə olunur – Paşinyan

Baş səhifə

Bakı. Trend:

Ermənistan ABŞ-la “ Beynəlxalq Sülh və Rifah naminə Tramp
Marşrutu” (TRIPP) layihəsi üzrə nəqliyyat yolunun icarəyə verilməsi
üzrə iki senarini – 49 və ya 99 illik icarə variantlarını müzakirə
edir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol
Paşinyan İrəvanda keçirilən forumda danışıb.

“Bu gün “Tramp marşrutu”nun icarəyə verilməsi üzrə iki ssenari
müzakirə olunur: 99 illik ssenari və 49 illik ssenari”,- deyə o
bildirib.

Baş nazirin sözlərinə görə, hansı müddətin seçiləcəyindən asılı
olaraq, layihəyə müvafiq investisiyalar yatırılacaq.




Paşinyan qeyd edib ki, sövdələşmənin həyata keçirilməsi üçün
investorlar üçün sərfəli investisiya təmin edən müəyyən zəmanətlər
tələb olunacaq.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti
Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol
Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan
Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə
Bəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald
Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla
görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri
Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası
arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə
dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan
Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin
ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin
bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə
üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək
Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar
Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər
nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini
(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk
konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və
Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)
imzalayıblar.