Tramp İrana qarşı növbəti hücumu dəstəkləyə biləcəyini bəyan edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İranın ballistik raket proqramını
yenidən qurmağa çalışacağı təqdirdə, ona qarşı başqa bir zərbəni
dəstəkləyəcəyini bəyan edib.

Trend xəbər verir ki, bu
barədə o, İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüş zamanı
jurnalistlərin suallarına cavabında deyib.




“Eşitdiyimə görə, İran yenidən güclənməyə çalışır və əgər
belədirsə, biz onları məhv etməli olacağıq”, – deyə Tramp
bildirib.

O, İrana ABŞ ilə razılaşma əldə etməyi məsləhət görüb.