“Tesla” ən ucuz elektromobillərini buraxıb

Baş səhifə

Bakı. Trend:

Amerikalı milyarder İlon Maska məxsus “Tesla” şirkəti tarixinin
ən ucuz elektrik avtomobillərini buraxıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Təqdim olunan “Model 3 Standard” liftbeki və “Model Y Standard”
krossoveri şirkətin məşhur modellərinin sadələşdirilmiş
versiyalarıdır.

Hər iki maşın bir doluma 840 kilometr məsafə qət etməyə kifayət
edən elektrik mühərrikləri ilə təchiz olunub. Elektromobillər 6,8
saniyə ərzində 100 km/saata qədər sürət yığa bilirlər. Bu
modellərin öncəkilərdən daha ucuz olması üçün “Tesla” panoram
damdan, işıqlı panellərdən, arxa oturacaqdakı displeylərdən və qapı
yaxınlığındakı sahənin işıqlandırma sistemindən imtina etməli
olub.