TDT ölkələrinin orqanik məhsulları vahid brend altında çıxsın – Özbəkistan Prezidenti

Baş səhifə

Qəbələ. Trend:

Gələcəkdə bizim orqanik məhsullarımız vahid brend altında dünya
bazarına çıxarıla biləcək.

Trend xəbər verir
ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Qəbələdə keçirilən
Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının 12-ci Zirvə
Görüşündə deyib.

“Bu baxımdan biz Kənd Təsərrüfatı Nazirliyi nəzdində ekspert
işçi qrupu yaradılmasını, ilkin pilot layihələrin
müəyyənləşdirilməsini və onların ölkələrimizdə icrasına
başlanılmasını təklif edirik”, – deyə Prezident bildirib.




Prezident orqanik kənd təsərrüfatının ərzaq təhlükəsizliyi üçün
strateji rolunu vurğulayıb:

“Ölkələrimiz orqanik məhsulların istehsalı və tədarükü sahəsində
dünyanın aparıcı yerlərindən birini tutmaq potensialına
malikdir”