
Bakı. Trend:
Tərbiyəçi-müəllim vəzifəsi üzrə müsahibəyə start verilib.
Trend xəbər
verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, Noyabrın 12-dən etibarən Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil
müəssisələrinə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul müsahibəsinə
start verilib.
Müsahibənin keçirildiyi məkan və vaxt barədə məlumat
namizədlərin qeydiyyatdan keçdikləri mobil nömrəyə SMS vasitəsilə
göndərilib.
Qeyd edək ki, müsahibə zamanı namizədlərin müvafiq sahə üzrə
bilik və bacarıqları yoxlanılacaq.

