Bakı. Trend:
Vasitəçilər vasitəsilə ABŞ-yə çatdırılan İranın təklifləri
Tehranın uran zənginləşdirmə proqramını 15 il müddətinə dayandırmaq
öhdəliyini əhatə etmir.
Trend-in məlumatına görə, bu barədə “Fars” xəbər agentliyi
məlumat yayıb.
Agentliyin məlumatına görə, “İranın əks-təklifi tərəflər
arasında yekun razılaşma əldə olunana qədər uran
zənginləşdirilməsinin 15 illik dayandırılmasını və ya Hörmüz
boğazının açılmasını nəzərdə tutmur”.
“Fars”ın qeyd etdiyi kimi, Tehranın 14 bəndlik təklifi ABŞ-nin
doqquz bənddən ibarət təşəbbüsünə cavab olaraq təqdim edilib.

