Sudan-Misir sərhədində silahlı atışma baş verib

Baş səhifə

Bakı. Trend:

Sudanla sərhəddə silahlı insident nəticəsində iki Misir
sərhədçisi həlak olub

Bu barədə Misir Silahlı Qüvvələrinin sözçüsü Əhməd Atman məlumat
verib.

Onun sözlərinə görə, silahlı insident Misirin cənub sərhədində
qanunsuz silahlı qruplaşmaların tərəfdarları ilə baş verib. Həmin
qruplaşmaların bölgədə qanunsuz qızıl hasilatı ilə məşğul olduğu
bildirilir.




Atman qeyd edib ki, son əməliyyatlar zamanı 34 odlu silah və
müxtəlif çaplı 6 300-dən çox patron müsadirə edilib.

Qanunsuz qızıl hasilatı və ixracına qarşı mübarizə
əməliyyatlarının növbəti mərhələsinin noyabrın 7-də başlanması
planlaşdırılır.

O, bütün əməliyyatların yalnız Misir ərazisində həyata
keçirildiyini və mülki şəxslərin hədəf alınmadığını vurğulayıb.