“Brent” markalı neftin qiyməti 90 dollardan aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Bu gün axşam saatlarında neftin qiymətində ucuzlaşma daha da
sürətlənib.

Treyderlər Yaxın Şərq ölkələrindən tədarükün artması, eləcə də
regionda gəmilərə və neft infrastrukturuna hücumlar barədə
məlumatlar fonunda bazarda tələb və təklif balansını
qiymətləndirirlər.




Londonun ICE Futures birjasında Brent markalı neftin yanvar
fyuçerslərinin qiyməti Bakı vaxtı ilə 18:23-ə olan məlumata görə,
bir barel üçün 89,34 ABŞ dolları təşkil edib. Bu, əvvəlki ticarət
sessiyasının bağlanış qiyməti ilə müqayisədə 3,23 dollar (3,49%)
azdır.

Nyu-York Əmtəə Birjasında (NYMEX) WTI markalı neftin yanvar
fyuçersləri isə həmin vaxtadək 2,78 dollar (3,33%) ucuzlaşaraq bir
barel üçün 80,63 dollara enib.