Şimali Kuril adaları yaxınlığında 4,1 bal gücündə zəlzələ olub

Baş səhifə

Bakı. Trend:

Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 4,1 maqnitudalı
zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika
Xidmətinin Saxalin filialı məlumat yayıb.




Zəlzələnin episentri Severo-Kurilsk şəhərindən (Paramuşir adası)
76 kilometr cənub-şərqdə yerləşib. Ocaq dəniz dibinin 41 kilometr
dərinliyində olub.

Məlumata əsasən, Severo-Kurilsk sakinləri 3 bala qədər gücündə
yeraltı təkanları hiss edə bilərdilər.