Sidneydə terror aktını törədənlərdən biri İŞİD ilə əlaqəsi olub – KİV

Baş səhifə

Bakı. Trend:

Avstraliyanın Sidney çimərliyində terror aktını törədənlərdən
biri İŞİD qruplaşması ilə əlaqəli olub.

Trend-in
məlumatına görə, bu barədə “ABC” televiziya kanalı Avstraliya
polisindəki mənbəyə istinadən bildirib.




Məlumata əsasən, Birgə Terrorla Mübarizə üzrə İşçi Qrupunun
müstəntiqləri hesab edirlər ki, insanlara atəş açan terrorçular
İŞİD-ə sədaqət andı içiblər. Bildirilib ki, atəş açan şəxslərdən
birinin avtomobilində qruplaşmanın bayrağı tapılıb və hücumda
iştirak edən 24 yaşlı Navid Akra bir neçə il əvvəl Avstraliya
Təhlükəsizlik Kəşfiyyat Təşkilatı (ASIO) tərəfindən Sidneydə
yerləşən İŞİD qruplaşması ilə yaxın əlaqələri barədə sorğu-sual
edilib.