Salyanda avtomobil su kanalına aşdı: Ölənlər var – FOTO

Cəmiyyət


Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Marışlı kəndindən keçən hissəsində 99-NA-636 dövlət nömrə nişanlı VAZ-2105 markalı maşının su kanalına aşması nəticəsində hadisə yerində 3 nəfər – Lənkəran rayon sakinləri 1966-cı il təvəllüdlü Məhərrəm Balaxanı oğlu Fərziyev, onun arvadı Xanım Həmid qızı Fərziyeva və qardaşı İlqar Balaxanı oğlu Fərziyev dünyasını dəyişib.

Maşın Yardımlı sakini Əhədov Rəhman Şükür oğluna məxsus olub.

www.RESMIXEBER.az