Sabirabadda toyda bıçaqlanan 38 yaşlı kişi ölüb

Baş səhifə
Sabirabadda toyda bıçaqlanan 38 yaşlı kişi ölüb

Sabirabadda toy mərasimində bıçaqlanan şəxs ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Qaragüney kənd sakini, 1987-ci il təvəllüdlü İsrafilov Telxas Telman oğlu toy mərasimində bıçaqlanıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, səhər saatlarında vəfat edib.

Hadisəsini törətməkdə şübhəli bilinən Qaragüney kənd sakini, İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Muradov Xəqani polis tərəfindən saxlanılıb.