Rusiyanın Zaporojyeyə hücumunda 19 nəfər yaralanıb

Baş səhifə

Rusiyanın Zaporojye şəhərinə dron hücumu nəticəsində 19 nəfər xəsarət alıb.

APA “Reuters”ə istinadən xəbər verir ki, bu barədə regional qubernatorluq məlumat yayıb.

Məlumata görə, hücum dükanları və 31 mənzil blokunu dağıdıb.

20-ə qədər şəxsi mülk hesab olunan ev məhvə ciddi ziyan dəyib.

Dron zərbələri genişmiqyaslı yanğınlara səbəb olub.

Ukrayna ordusu ötən gecə Rusiyanın 90 dronundan 72-nin zərərsizləşdirildiyini bildirib.

Qeyd edək ki, Rusiya ordusu Zaporojye regionunda irəliləyişlər əldə edir, lakin şəhərin özü isə Ukraynanın nəzarəti altındadır.