Rusiya Ukrayna şəhərini “İsgəndər”lə vurdu: Ölənlərin sayı artdı – YENİLƏNİB + FOTO/VİDEO

Dünya


Rusiya ordusunun Kramatorska raket hücumu nəticəsində ölənlərin sayı 11-ə çatıb.

Bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko bildirib.

Məlumatı ölkənin Daxili İşlər Nazirliyi də təsdiqləyib.

“İyunun 28-i saat 17:00-a olan məlumata görə, dağıntılar altından 11 nəfərin (o cümlədən 3 uşağın) meyiti çıxarılıb”, – DİN-dən bildirilib.

Ölənlərdən ikisi 15 yaşına çatmayan əkiz bacılar Anna və Yuliya Aksençenkolardır.

Həmçinin, hadisə nəticəsində 61 nəfər yaralanıb.

Xatırladaq ki, Kramatorska raket hücumu iyunun 27-də həyata keçirilib. Rusiya qüvvələri çox sayda insanın olduğu kafeni atəşə tutublar. Hücum yanğına səbəb olub.

15:12

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kramatorsk şəhərinə raket zərbələri endirib.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Kramatorskda zərbələr nəticəsində dağılmış binanın qalıqları altından insanların axtarışını davam etdirir.

Artıq on nəfərin öldüyü məlum olub.

Bu barədə Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinin sosial şəbəkələrdə yaydığı məlumatda bildirilib.

Rusiya hərbçilərinin atəşi nəticəsində həlak olanlar arasında 3 uşaq da (2008 və 2011-ci il təvəllüdlü) var. Həmçinin yaralılar arasında 2022-ci il təvəllüdlü körpənin olduğu da məlum olub.

“Üç nəfər xilas edilib”, – deyə Fövqəladə Hallar üzrə Dövlət Xidməti bildirib.

Baş prokuror Andrey Kostinin sözlərinə görə, zərbələr zamanı 61 nəfər xəsarət alıb. O qeyd edib ki, kafeyə “İsgəndər” raketi düşüb.

“İki “İsgəndər” raketi ilə atəş hücumu axşam saatlarında, insanların işdən sonra evə qayıtdıqları zaman həyata keçirilib. Rusiya Federasiyasının cinayətkar rejimi dinc ukraynalılara qarşı terror taktikasını davam etdirir. Biz cinayət əmrləri verən və onları yerinə yetirən hər kəsi tapacağıq. Onlar cəzalandırlması qaçılmazdır”, – deyə baş prokuror vurğulayıb.

Mənbə: Focus.ua

www.RESMIXEBER.az