Rusiya, Çin və İran İranın nüvə dosyesi ilə bağlı məsləhətləşmələr aparıblar

Baş səhifə

Bakı. Trend:

Rusiya, Çin və İran arasında İranın nüvə dosyesi ilə bağlı
məsləhətləşmələr aparılıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Federasiyasının Vyanadakı
beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov öz “Telegram” kanalında yazıb.




“Bu gün Çin, İran və Rusiya İranın nüvə dosyesi ilə bağlı
ənənəvi üçtərəfli məsləhətləşmələrin növbəti mərhələsini
keçiriblər”, – deyə o bildirib.

O, tərəflərin “19-21 noyabr tarixlərində keçiriləcək BAEA İdarə
Heyətinin növbəti sessiyası ərəfəsində saatlarını
sinxronlaşdırdıqlarını və mövqelərini əlaqələndirdiklərini” qeyd
edib.