ABŞ və İsrailin hava zərbələri nəticəsində İranda 9,6 mindən çox mülki obyekt, o cümlədən 8 minə yaxın yaşayış evi zədələnib.
“Report” xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivənd məlumat paylaşıb.
“Hava zərbələri nəticəsində 9 669 mülki obyekt, o cümlədən 7 943 yaşayış evi və 1 617 kommersiya binası, həmçinin bir sıra tibb və təhsil müəssisələri zədələnib ki, bu da insanların həyatına və iqtisadi infrastruktura ciddi təsir göstərib”, – təşkilatın “Telegram” kanalında dərc olunan bəyanatda qeyd olunub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

