
Bakı. Trend:
Bu ilin 9 ayında qiymətli kağızlar bazarında ticarət
dövriyyəsinin ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə
35% artaraq 51.4 milyard manat təşkil edib.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bu
gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq
komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin
müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, dövr ərzində dövlət qiymətli kağızları
bazarında aparılan əməliyyatların həcmi 8.7 milyard manat təşkil
edib.
“Bu dövrdə Mərkəzi Bankın notları ilə aparılan bazar
əməliyyatların həcmi ötən ilin eyni dövrünə nəzərən 39% azalaraq
1.212 milyard manat təşkil edib”, – T. Kazımov vurğulayıb.

