Bakı. Trend:
Qəzza zolağında İsrail qüvvələrinin həyata keçirdiyi hərbi
əməliyyatlar nəticəsində azı 19 fələstinlinin öldüyü
bildirilir.
Bu barədə “Əl-Cəzirə” telekanalı anklavdakı xəstəxanalardakı
mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ölənlərin 12-si Qəzza şəhəri və zolağın şimal
hissəsində qeydə alınıb. Qəzza zolağının mərkəzində yerləşən Deyr
əl-Bəlah şəhərində avtomobilə endirilən zərbə nəticəsində iki
nəfərin öldüyü, bir neçə nəfərin yaralandığı bildirilib.
Həmçinin Xan Yunis şəhəri yaxınlığında və Cəbəlyada İsrail
qüvvələrinin atəşi nəticəsində yaralananların olduğu qeyd
edilib.
Digər beş fələstinlinin ölümü ilə bağlı əlavə məlumat
verilməyib.

