Prezident iqamətgahına daxil olmağa cəhd edənlər tapılacaq – Gürcüstan DİN

Baş səhifə

Bakı. Trend:

Gürcüstan Daxili İşlər Nazirliyi yerli seçkilərdən sonra
oktyabrın 4-də prezident iqamətgahına daxil olmağa cəhd edən
şəxslərin axtarışı üçün təcili tədbirlər görmək niyyətindədir.

Trend-in
məlumatına görə, bu barədə nazirliyin yaydığı bəyanatında
bildirilib.




“İctimaiyyətin bildiyi kimi, dünən hökuməti devirmək məqsədi ilə
mitinq keçirilib. Daha sonra mitinq hüquqazidd xarakter alıb,
bundan sonra Daxili İşlər Nazirliyi proporsional tədbirlər görüb.
Gürcüstan Daxili İşlər Nazirliyi qanunu pozanların müəyyən edilməsi
üçün bu gün və yaxın günlərdə bütün lazımi tədbirləri görəcək”, –
deyə nazirlik bildirib.

Daxili İşlər Nazirliyi hesab edir ki, yaxın vaxtlarda baş verə
biləcək hər hansı kütləvi toplantılar əvvəlki sabitliyin pozulması
cəhdinin davamı olacaq və buna görə də ictimai asayiş və
təhlükəsizliyə təhdidlərin qarşısının alınması üçün tədbirlər
görüləcək.