
Bakı. Trend:
Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ
dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı –
170 milyard ABŞ dolları xarici mənbələrdən gələn
investisiyalardır.
Trend xəbər verir ki, bu fikri Prezident İlham
Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya
biznes-forumunda çıxışı zamanı səsləndirib.
“Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması
qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail
olunub”, – deyə dövlətimizin başçısı bildirib.

