Prezident İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
18-də ABŞ Mərkəzi Komandanlığının komandanı və Hərbi Dəniz
Qüvvələrinin admiralı Bred Kuperi qəbul edib.

Trend xəbər verir ki, qonaq Vaşinqtonda ABŞ Prezidentinin
şahidliyi ilə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin
irəli aparılmasına dair əldə edilmiş nailiyyətlər münasibətilə
Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı bu
məsələdə Prezident Donald Trampın xüsusi rolunu qeyd etdi.
Vaşinqtonda imzalanmış sənədlərin regionun inkişafı üçün geniş
imkanlar yaratdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycanla
Ermənistanın artıq sülh şəraitində yaşamağa uyğunlaşdıqlarını
dedi.

Söhbət zamanı son dövrlərdə Azərbaycan-ABŞ ikitərəfli
münasibətlərinin inkişafı məmnunluqla qeyd edildi, hərbi və
hərbi-texniki sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir
mübadiləsi aparıldı.