
Bakı. Trend:
Bakı ərazisində motosiklet sürücüsünün yol hərəkəti qaydalarını
kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər
polis əməkdaşları tərəfindən araşdırılıb.
Bu barədə Bakı şəhər DYPİ-dən bildirilib.
Tədbirlərlə nəqliyyat vasitəsini idarə edən 2008-ci il
təvəllüdlü Amin Məmmədov müəyyən edilərək saxlanılıb.
Onun barəsində hüququ məsuliyyət tədbirləri görülür.

