Bakı. Trend:
Pakistan Hindistanın Racəstxan və Qucarat ştatlarında
irimiqyaslı hərbi təlimlər keçirməsi ilə əlaqədar 28-29 oktyabr
tarixlərində Hindistanla sərhadyanı əyalətlərdə hava məkanını
bağlayır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Pakistanın Mülki Aviasiya
İdarəsi (PCAA) məlumat yayıb.
Uçuş qadağası yerli və xarici aviaşirkətlərin təyyarələrinin
Pəncab və Sind əyalətlərinin hava məkanında uçuş marşrutlarına
şamil olunur. PCAA aviaşirkətlərin ekipajlarına ehtiyatlı olmağı və
uçuşlar üçün alternativ marşrutlardan istifadəni tövsiyə edib.
Xatırladaq ki, bu ayın əvvəlində Pakistan Hindistan
təyyarələrinin öz hava məkanında uçuşuna qoyulan qadağanı noyabrın
23-ə qədər uzadıb. Qadağa Hindistanla silahlı münaqişə fonunda 24
aprel tarixində tətbiq edilmişdi.

