Ombudsmanın illik məruzəsinə Milli Məclisin plenar iclasında baxılacaq

Baş səhifə
Ombudsmanın illik məruzəsinə Milli Məclisin plenar iclasında baxılacaq

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə Milli Məclisin komitə iclasında deyil, birbaşa plenar iclasda baxılacaq.

“Report” xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanuna dəyişiklik təklif edilir.

Qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə edilib.

Dəyişikliyə əsasən, Ombudsmanın konstitusion statusu nəzərə alınaraq, onun illik məruzəsinə birbaşa Milli Məclisin iclasında baxılacaq.

Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, Ombudsmanın illik məruzəsi parlamentin İnsan hüquqları komitəsində baxılıb rəy alındıqdan sonra plenar iclasa çıxarılırdı.