
Bakı.Trend:
Oktyabrın 23-də Xocalı rayonunun Təzəbinə kəndinə yola düşən
növbəti köç karvanı ünvana çatıb.
Trend xəbər
verir ki, Xocalı rayonunun Təzəbinə kəndinə bu mərhələdə 12 ailə
olmaqla, 55 nəfər keçmiş məcburi köçkün gəlib.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən
yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti
məskunlaşmış ailələrdən ibarətdir.
xxx
12:25
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad
edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend xəbər
verir ki, Təzəbinə kəndinə köç edənlər respublikanın müxtəlif
yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda
müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Təzəbinə kəndinə 12 ailə – 55 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə
olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci
vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli
Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə
minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən
şəhidlərimizə rəhmət diləyiblər.

