Nəqliyyat və anbar təsərrüfatına investisiyalar azalıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala
yönəldilmiş investisiyalardan nəqliyyat və anbar təsərrüfatına
2,882 milyard manat sərf olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 2024-cü ilin eyni dövründəki
göstərici ilə müqayisədə 16,7% azdır.




Nəqliyyat və anbar təsərrüfatına yönəldilmiş investisiyaların
ümumi yekunda xüsusi çəkisi 22,1% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə
mənbələrindən əsas kapitala 13,048 milyard manat və ya 2024-cü ilin
müvafiq dövrü ilə müqayisədə 1% çox investisiya yönəldilib.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 11,5% azalıb,
qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 7%
artıb.

Ümumi sərmayənin 6,648 milyard manatı və ya 51%-i məhsul
istehsalı sahələrinin, 4,298 milyard manatı (32,9%-i) xidmət
sahələrinin, 2,102 milyard manatı (16,1%-i) isə yaşayış evlərinin
tikintisinin payına düşüb.